Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 17:36
"Mançester Yunayted" gənc futbolçusu Meyson Qrinvudla müqaviləni uzadıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 19 yaşlı hücumçunun 2023-cü ilin yayına qədər olan sözləşməsi daha iki il artırılıb.
Qeyd edək ki, bir neçə klubun maraq dairəsində olan Qrinvud "Mançester Yunayted"in öz yetirməsidir. O, 2018-ci ildən əsas komandada çıxış edir.