Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni “Samsung Galaxy Book Pro” noutbukları “OLED” ekranla təchiz olunacaq

Yeni “Samsung Galaxy Book Pro” noutbukları “OLED” ekranla təchiz olunacaq

Tarix: 17 Fevral 2021 11:06

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy Book Pro” və “Galaxy Book Pro 360” adlı iki yeni noutbuk üzərində çalışır. “Android Authority” və “The Verge” portalları “SamMobile” blogerlərinə istinadən buraxılışı gözlənilən yeni qurğuların xüsusiyyətlərini bölüşüblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, hər iki kompüter sensor “OLED” matrisalarla təchiz ediləcək. “Galaxy Book Pro” 13,3 düym, “Galaxy Book Pro 360” isə 15,6 düym diaqonallı ekrana malik olacaq. Bundan başqa, noutbukların displeyləri “S Pen” rəqəmli qələm dəstəyi ilə təchiz ediləcək.

 

Noutbuklarda on birinci nəsil “Intel Core i5” və “Intel Core i7” prosessorlarından istifadə ediləcək. “SamMobile” insayderi bildirib ki, hər iki “Galaxy Book Pro” versiyası beşinci nəsil mobil rabitə şəbəkələrini dəstəkləyən konfiqurasiyaya malik olacaq.

 

Kompüterlərin qiyməti və satışa çıxarılma tarixi barədə məlumat verilmir.

 

Nizam Nuriyev




Etiketlər:  Yeni Samsung Galaxy Book noutbukları OLED ekranla təchiz olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ