Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zamiq oğlunun videosuna görə tənqid olundu: ''Deyirlər, uşağa qışqırırsan'' - VİDEO

Zamiq oğlunun videosuna görə tənqid olundu: ''Deyirlər, uşağa qışqırırsan'' - VİDEO

Tarix: 17 Fevral 2021 16:15

Müğənni Zamiq Hüseynov oğlu Zeydin sosial şəbəkədə yayımladığı videosundan danışıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla" proqramında sosial şəbəkədə buna görə tənqid olunduğunu bildirib. Videoda övladını yatması üçün Zamiqlə qorxudulmasına ifaçı belə reaksiya verib:

"Övladımla bağlı ikinci dəfədir nəsə paylaşırdım. Bir dəfə fotosun qoydum, indi də videosunu. İstədim izləyicilərə pozitiv ab-hava ötürüm. Uşaq yatmaq istəməyəndə onu mənim adımla qorxudurlar. Bir-iki dəfə olub ki, yatmayıb, gedib qapıda "Yat" deyib qışqırmışam. Bu da onun yadında qalıb. İnsanlar yazırlar ki, uşağın üstünə qışqırmaq olar? Onu o qədər sevirəm ki, üstünə qışqırmaram. Ətrafımda bir-iki dostumun, qohumlarımın övladı var ki, onları da mənim səsimlə qorxudub yatızdırırlar. Hətta səsimi telefona yazıblar, onu eşitdirib yatızdırırlar. Bəzən bir-iki uşaq olub video çəkib atmışam ki, "Yenə yatmırsan?".

Oğlundan danışan Zamiq "Mahnılarıma qulaq asır. Yemək yeyəndə mütləq "Mən səni sevirəm" dinləməlidir. Oxşar cəhətimiz isə odur ki, küsəyəndir. Özümdə ən çox sevmədiyim xasiyyətim indi oğluma keçib" sözlərini əlavə edib.


Etiketlər:  Zamiq oğlunun videosuna görə tənqid olundu Deyirlər uşağa qışqırırsan VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ