Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin Azərbaycan ərazisində rus dili ilə bağlı TƏXRİBATI

Ermənilərin Azərbaycan ərazisində rus dili ilə bağlı TƏXRİBATI

Tarix: 17 Fevral 2021 17:12

Ermənilər Azərbaycan ərazisində daha bir təxribata əl atıblar.

Sonxeber.net xəbər verir ki, ötən gün separatçı rejimin "Milli Məclis"i erməni dilindən əlavə, rus dilinin də rəsmi dil kimi tanınmasına dair bir "qanun layihəsi" təqdim edib.

***

Musavat.com saytında hadisəylə bağlı geniş məlumat dərc olunub. Qeyd olunub ki, Qarabağın dağlıq hissəsində oyuncaq dövlət təsisatı quran ermənilər 44 günlük müharibədə "böyük qardaşı" Ermənistanla birlikdə acı məğlubiyyətə uğramalarına baxmayaraq, öz mövcudluqlarını qoruduqlarını göstərmək üçün müxtəlif təxribat xarakterli hərəkətlər edirlər. Onların biri də budur ki, dünən qondarma "respublika"nın rəhbəri Araik Arutyunyan rus dilinin rəsmi dövlət dili kimi tanınması barədə qanunu imzalayıb.

Öz tükdən asılı mövcudluqlarını Moskvaya, Kremlə borclu olan, "sülhməramlı qüvvələr"ə güvənərək bunkerlərdən bayıra çıxıb şəhərdə hərəkət edə bilən "hökumət"in belə bir addımı, şübhəsiz ki, "lap böyük qardaş"a yarınmaq cəhdidir. Qondarma "dqr"-də Rusiyanın məhdud hərbi kontingentindən başqa rus dilində danışan bir kimsə yoxdursa, həmin "rəsmi dil" kimə nə üçün lazımdır?

Hər hansı bir status alıb-almamasından asılı olmayaraq, sülhməramlılar onsuz da öz dillərində danışırlar və erməniləri onlarla bu dildə danışmağa məcbur qoyublar.


Etiketlər:  Ermənilərin Azərbaycan ərazisində dili ilə bağlı TƏXRİBATI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ