Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın hava limanlarında qabaqlayıcı tədbirlər sistemi formalaşdırılacaq

Azərbaycanın hava limanlarında qabaqlayıcı tədbirlər sistemi formalaşdırılacaq

Tarix: 17 Fevral 2021 19:50

Azərbaycanın hava limanlarında qabaqlayıcı və əlavə əks-tədbirlər sistemi formalaşdırılacaq.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının təsdiqlədiyi "Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası"nda əksini tapıb.

Qaydaya əsasən, hər bir hava limanı üçün onun yerləşdiyi ərazidən və digər spesifik xüsusiyyətlərindən asılı olaraq, istənilən vaxtda ehtimal olunan qanunsuz müdaxilə aktının qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Hava limanının təhlükəsizliyinin təmini konsepsiyasının işlənib hazırlanması mütləq mövcud ictimai-siyasi və iqtisadi şəraitin xüsusiyyətlərinə, yerləşmə coğrafiyasına, istismar olunan avadanlıqların növünə, istehsalatın xüsusiyyətinə və həcminə və digər amillərin öyrənilməsinə əsaslanmalıdır.

Mülki hava limanlarının səmərəli təhlükəsizlik sistemi adekvat müdafiə tədbirlərini özündə ehtiva etməklə, müxtəlif təhdidlərin qarşısını almağa qadir olmalıdır. Adekvat müdafiə tədbirləri hava limanının obyektinin əhəmiyyətindən, mümkün təhdidlərin sayından və reallaşa biləcək təhdidlərin mümkün nəticələrindən asılıdır. Hava limanı və onun konkret mühüm əhəmiyyətli obyekti üçün optimal təhlükəsizlik sisteminin seçilməsi üçün obyektin ətraflı tədqiqi aparılmalı, ən zəif nöqtələr və təhlükələr təhlil ediməlidir.

Qabaqlayıcı tədbirlərin əsas məqsədi mülki hava limanlarının mühüm əhəmiyyətli obyektlərinin dağıdılması, yaxud məhv edilməsi riskinin məqbul hesab edilən risk səviyyəsinə endirməkdir. Aydındır ki, qabaqlayıcı əlavə təhlükəsizlik tədbirlərin görülməsi böyük maliyyə xərcləri ilə bağlıdır. Bununla əlaqədar, əsas rəhbər prinsiplərdən biri odur ki, əlavə təhlükəsizlik tədbirləri bütöv sahə üzrə deyil, onun zəruri yerlərində, müəyyən və məhdud müddət ərzində həyata keçirilməlidir.

Əlavə təhlükəsizlik tədbirlərinin qəbul edilməsindən əvvəl mülki aviasiyanın fəaliyyətinə olan təhdidlərin xarakteri və səviyyəsi müəyyən edilməli; təhdidə məruz qalan müəssisələrin yeri və istehsalat fəaliyyəti ilə tanış olmalı; yüksək təhdid səviyyəsinin müddətini müəyyən edilməlidir. Bu müddət müəyyən edilmədikdə, əlavə təhlükəsizlik tədbirlərinin daimi əsaslarla yerinə yetirilməsi izafi maliyyə xərclərinə gətirə bilər və fəaliyyətin rentabelliyi aşağı düşər; Təhlükəsizlik sahəsində istifadə olunan texniki avadanlıqların imkanlarını yenidən təhlil edilməli; tətbiq edilən təhlükəsizlik tədbirlərini yenidən təhlil edilməli; əlavə təhlükəsizlik tədbirlərinə məruz qalan və daha ciddi yoxlanılan reyslər, sərnişinlər, baqaj və yükün həcmi müəyyən edilməlidir.

Qeyd edilən tədbirlərdən sonra yeni işlənib hazırlanmış əlavə təhlükəsizlik tədbirləri hava limanının mövcud təhlükəsizlik sistemi ilə müqayisə edilməli və mümkün uyğunsuzluqların aradan qaldırılması üzrə zəruri tədbirlər görülməlidir. Bundan sonra hava limanının mühüm əhəmiyyətli obyektlərinin təhlükəsizliyinin təmini üzrə tövsiyələr formalaşdırılmalı, layihələndirilən mühafizə və baxış vasitələrinin strukturu və tərkibi seçilməli, onların mövcud mühəndis-texniki kompleks sistemlərinə inteqrasiya olması imkanları öyrənilməli və təhlükəsizliyin təmini zamanı gözlənilən taktiki-texniki-iqtisadi nəticələr müəyyənləşdirilməlidir.


Etiketlər:  Azərbaycanın hava limanlarında qabaqlayıcı tədbirlər sistemi formalaşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ