Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nejat İşlər mükafatlandırıldı

Nejat İşlər mükafatlandırıldı

Tarix: 18 Fevral 2021 10:42

Bu günə qədər bir çox uğurlu layihələrə imza atan aktyor Nejat İşler mükafata layiq görülüb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, onun sonuncu dəfə rol aldığı "9.75" filmi 16-24  yanvar tarixlərində Banqladeşdə keçirilən "19-cu Dəkkə Beynəlxalq Film Festivalı"nda yarışan ekran əsərləri arasında olub.

Filmdə baş rolu canlandıran Nejat İşler "ən yaxşı aktyor" nominasiyasında qalib gələrək, mükafatlandırılıb. Ekran əsərinin rejissoru Uluç Bayraktardır.

Layihənin digər rollarında Funda Eryiğit və Berkay Ateş kimi aktyorlar çəkiliblər.


Etiketlər:  Nejat İşlər mükafatlandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ