Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 11:22
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ mövzusuna toxunub.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Ərdoğan Türkiyənin hər zaman sərgilədiyi yanaşmadan danışıb.
"Biz hər zaman zərər görənə qucaq açdıq, zalıma təslim olmadıq. Qarşılıq ödəmək lazım olanda ödədik. Amma heç bir zaman əyilmədik. Biz Suriyada, Liviyada bu yanaşmanı göstərdik. Biz Qarabağda da bunu etdik. Somalidə də, Fələstində də, Bosniyada da, Kiprdə də bunu etdik. Zaman oldu ki, küçələrimiz qarışdı. Zaman oldu ki, siyasi, çevriliş cəhdi ilə, yeri gəldi ki, iqtisadi tələlərlə, yeri gəldi ki, beynəlxalq arenada təzyiqlərlə bədəl ödədik. Millətimizlə bütün əngəlləri aşmağı bacardıq", - deyə Ərdoğan bildirib.