Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rüşvət alma və rüşvət vermə cinayətləri artıb

Rüşvət alma və rüşvət vermə cinayətləri artıb

Tarix: 18 Fevral 2021 15:14

Ötən il korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin ümumi sayı 14,1 faiz azalsa da, onlardan rüşvət alma və rüşvət vermə cinayətləri 1,6 dəfə artıb.

Dövlət Statistika Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, artım tendensiyası terror xarakterli cinayətlərdə 1,6 dəfə olub. Artım tendensiyası saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmada 44,4 faizlə, ictimai mənəviyyat əleyhinə cinayətlərdə 35,8 faizlə, kibercinayətlərdə 33,3 faizlə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermədə 32,3 faizlə, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada 24,4 faizlə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərdə 19,8 faizlə, hədəqorxu ilə tələb etmədə 18,8 faizlə, insan alverində 6,2 faizlə, ekoloji cinayətlərdə isə 2,8 faizlə müşahidə olunub.


Etiketlər:  Rüşvət alma rüşvət vermə cinayətləri artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ