Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 23:18
Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, D qrupunda yer alan yığmamız 7-ci matçında İspaniya ilə qarşılaşıb.
"ASK Arena"da baş tutacaq görüşdə Siyasət Əsgərovun yetirmələri 4 aylıq fasilədən sonra meydana çıxıblar. Oyun komandamız üçün biabırçı nəticə ilə yekunlaşıb. İlk hissədə 6 qol vuran rəqib ikinci 45 dəqiqədə daha 7 qol vuraraq, 13:0 hesabı ilə qalib gəlib. Nəticədə millimiz yenə də xal qazanmaq arzusunu ən azı növbəti turadək gözləyəcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə yığmamız 0:4 hesabı ilə məğlub olub. Millimiz qrupda növbəti oyununu fevralın 23-də "ASK Arena"da Moldovaya qarşı keçirəcək.
Avropa çempionatı
Seçmə mərhələ, D qrupu
18 fevral
20:00. Azərbaycan - İspaniya - 0:13
Qollar: Ester Rodriqes, 21, 24, 30, 31, 87, Cenifer Hermoso, 33, 43, 67, 82, 90+3, Mariona Kaldentey, 57, Eva Navarro, 75, Neraya Eysagirre, 84
Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (hamısı İtaliya)
Bakı. "ASK Arena"
1 |
İspaniya |
6 |
6 |
1 |
0 |
44-1 |
19 |
2 |
Çexiya |
8 |
5 |
1 |
2 |
24-9 |
16 |
3 |
Polşa |
7 |
4 |
2 |
1 |
16-2 |
14 |
4 |
Moldova |
7 |
1 |
0 |
6 |
3-42 |
3 |
5 |
Azərbaycan |
7 |
0 |
0 |
7 |
1-34 |
0 |