Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 12:36
"Nəzərə alsaq ki, yanvarın ayının 18-dən vaksinasiya prosesinə başlamışıq, martın oratalarında biz prosesi effektiv şəkildə aparsaq, xeyli sayda insanın vaksinasiyasına nail olsaq, bu, xeyli immunitet deməkdir. Bununla yanaşı xeyli insan da xəstələnib və onlarda immunitet formalaşıb. Biz yoxalamalarda görürük ki, bəzi insalarda immonoqlobinin səviyyəsi 100-dən belə yuxarıdır".
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, bütün bunlar göstərir ki, immuniteti formalaşanlar da var: "İkinci dalğada xeyli insanlar xəstələndilər. Həm rəsmi statistika, həm də xəstəxanaya müraciət etməyən amblator şəkildə evlərdə müalicə alan şəxslər də var. Əslində buna görə, xəstəliyin sayı azalmaqdadır. Bir tərəfdən karantin tədbirləri, digər tərəfdən yoluxub immunt sistemi formalaşanlar, həmçinin vaksinasiya kollektiv immunitetin yaranmasına gedən yolu qısaltmaq üçündür. Nə qədər bunu ekfektiv aparsaq, biz bu prosesdən az itkilərlə və qısa müddətdə çıxa bilərik.
Əgər immonoqlobin və anticism testləri yüksək olan şəxslər (immunt sistemi formalaşanlar) qısa müddətdə COVID-19-a yoluxa bilməzlər. O şəxslər yoluxur ki, onlar yüngül keçiriblər və immunitet qanda formalaşmayıb".