Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah Ermənistanda böyük mitinq keçiriləcək - "Paşinyana İSTEFA!"

Sabah Ermənistanda böyük mitinq keçiriləcək -

Tarix: 19 Fevral 2021 14:32

Sabah Ermənistan müxalifəti genişmiqyaslı etiraz aksiyası keçirəcək.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hökumət binası qarşısında keçiriləcək aksiyada əsas tələb baş nazir Nikol Paşinyanın istefası olacaq.

Aksiyanı bir neçə əsas müxalif siyasi qüvvələr birgə təşkil edəcək. Ermənistan mətbuatında artıq təhlükəsizlik qüvvələrinə müvafiq tapşırıqların verildiyi və etirazların xüsusi amansızlıqla yatırılacağı xəbərləri yayılıb.

Qeyd edək ki, bir neçə gün öncə müxalifət keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın, eləcə də əsas müxalifət partiyalarının liderlərinin iştirakı ilə aksiya ilə bağlı texniki-təşkilati məsələləri müzakirə etmək üçün geniş siyasi spektri əhatə edən toplantı keçirmişdi. Görüş zamanı mühüm məsələlərdə ortaq hərəkət etmək barədə ümumi razılıq əldə olunub və 20 fevral tarixinə aksiya təyin edilib.

Milli.Az


Etiketlər:  Sabah Ermənistanda böyük mitinq keçiriləcək Paşinyana İSTEFA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ