Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail hökuməti ölkədən giriş-çıxış qadağasını daha iki həftə uzadıb

İsrail hökuməti ölkədən giriş-çıxış qadağasını daha iki həftə uzadıb

Tarix: 19 Fevral 2021 19:40

İsrail Nazirlər Kabineti ölkədən giriş-çıxışa yanvarın 26-dan fevralın 20-dək qoyulan qadağanı daha iki həftə, martın 6-na qədər uzadıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Jerusalem Post" qəzeti Baş nazir Binyamin Netanyahunun dəftərxanasına istinadla məlumat yayıb. Qərar telefon səsverməsi ilə qəbul olunub.

Fevralın 7-də İsraildə total karantin rejiminin yumşaldılmasına başlanılıb. Zərurət olmadığı halda yaşayış yerindən bir kilometrdən çox uzaqlaşmaq qadağası götürülüb. Milli park və qoruqlar açılıb. Kafe və restoranlara çatdırılma xidmətləri göstərməyə icazə verilib. Bazar günündən etibarən isə karantin tədbirlərinin yumşaldılmasının ikinci mərhələsi başlayacaq, ticarət mərkəzləri, küçə mağazaları, muzey və kitabxanalar açılacaq. Vaksinasiya olunmuş insanlar idman zallarına və hovuzlara, həmçinin mədəniyyət tədbirlərinə gedə biləcəklər.

Qeyd edək ki, İsraildə koronavirus qarşı milli vaksinasiya kampaniyasına dekabrın 20-də start verilib. İndiyədək ölkə sakinlərinin böyük əksəriyyəti peyvənd olunub.


Etiketlər:  İsrail hökuməti ölkədən giriş çıxış qadağasını daha həftə uzadıb


RƏYLƏR