Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada vaksinasiya prosesinin təşkilində ordudan istifadə ediləcək

İtaliyada vaksinasiya prosesinin təşkilində ordudan istifadə ediləcək

Tarix: 19 Fevral 2021 22:12

İtaliyada yeni fəaliyyətə başlayan Baş nazir Mario Draqinin təzyiqi ilə ölkənin vaksinasiya planında dəyişiklik edilib. Baş nazirin tələbi ilə ordu və mülki müdafiə hissələr vaksinasiya prosesinin təşkilinə cəlb ediləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, yeni qurulan hökumətin niyyəti ölkədəki vaksinasiya imkanlarını genişləndirmək, bu məqsədlə hətta hərbi hissə və idman zallarından istifadə etməkdir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 300 min könüllü vaksinasiya kampaniyasında səhiyyə işçilərinə yardım edəcək. Hökumətin hədəfi gündəlik peyvəndləmə sayını yarım milyon insana çatdırmaqdır. İndiyədək İtaliyada əhalinin 3,1 milyon nəfəri peyvəndin ilk komponenti ilə peyvənd olunub.

Baş nazir M.Draqi Senatdakı çıxışında bildirib ki, ölkədə normal tədris prosesinin bərpası üçün bütün imkanlardan istifadə edilməlidir. Eyni zamanda iqtisadiyyatı yenidən dirçəltmək və insanların normal peşə fəaliyyətini bərpa etmək üçün virusa qarşı mübarizə gücləndirilməli və vaksinasiya kampaniyası sürətlə davam etdirilməlidir.


Etiketlər:  İtaliyada vaksinasiya prosesinin təşkilində ordudan istifadə ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ