Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UNICEF Konqoda 2 milyon uşağın həyatının təhlükədə olması barədə xəbərdarlıq edib

UNICEF Konqoda 2 milyon uşağın həyatının təhlükədə olması barədə xəbərdarlıq edib

Tarix: 19 Fevral 2021 22:42

UNICEF silahlı münaqişənin şiddətləndiyi Konqo Demokratik Respublikasında 2 milyon uşağın həyatının təhlükədə olması barədə xəbərdarlıq edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın bəyanatında məcburi köçkün ailələrindən olan azyaşlıların yoluxucu xəstəliklər və aclıqdan əziyyət çəkdiyi diqqətə çatdırılıb. Hökumət qüvvələri ilə silahlı qruplaşmalar arasında döyüşlərin olduğu bölgələrdə içməli su və ərzaq tükənib, gölməçələrdən su içən əhali arasında vəba xəstəliyi yayılır. Əhalinin, xüsusən uşaqların tələf olmasının qarşısını almaq üçün BMT və digər humanitar təşkilatlara müraciət edilib. Silahlı münaqişə nəticəsində 5,2 milyon insanın məcburi köçkünə çevrildiyi, ümumilikdə isə 8 milyon nəfərin aclıq həddində olduğu bildirilir.

BMT Afrikanın silahlı münaqişələrin davam etdiyi digər ölkələrində də aclıq və epidemioloji vəziyyətlə bağlı həyəcan təbili çalır. Efiopiyanın Tiqray bölgəsindən qaçan 150 mindən çox insan da ərzaq qıtlığı ilə üz-üzədir. Onlara sığınacaq verən Sudanda da dərin humanitar böhran hökm sürür.

UNICEF-in son hesabatında qeyd olunub ki, dünyanın qaynar nöqtələrində qaçqın düşmüş 28 milyon uşaq elementar hüquqlardan, təhsildən və səhiyyədən məhrum olub. Aclıq və səfalətlə üzləşmiş azyaşlıların yarıdan çoxu isə Afrika ölkələrindədir.


Etiketlər:  UNICEF Konqoda milyon uşağın həyatının təhlükədə olması barədə xəbərdarlıq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ