Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 23:08
Ukrayna əhalisinin sayı 2020-ci il ərzində 300 min nəfər azalıb: 616.835 nəfər ölüb, cəmi 293.457 nəfər doğulub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu mənfi tendensiya Ukrayna Dövlət Statistika Xidmətinin məlumatında göstərilir.
Məlumatda daha sonra qeyd olunur ki, 2020-ci il ərzində ölkədə ölənlərin sayının 2019-cu illə müqayisədə 1044 nəfər az olmasına baxmayaraq, 2020-ci ilin sonunda (noyabr-dekabr) ölüm halları xeyli artıb.
2020-ci ilin sonunda ölüm hallarının kəskin artımına COVID-19 virusunun ikinci dalğası əhəmiyyətli dərəcədə təsir edib. Həmin dövrdə koronavirusa yoluxmalar pik nöqtəyə çatıb.
Pandemiya müddətində Ukraynada koronavirusdan ölənlərin sayı 24.972 nəfər təşkil edir.