Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 08:21
Koronavirus pandemiyası fonunda aparılan araşdırmalar göstərib ki, hazırda dünyada yuxusuzluq problemi artır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, alimlər problemə "insomniya" (yuxusuzluq) və "koronavirus" sözlərini birləşdirməklə "koronasomniya" adı veriblər. İngiltərə, Çin, Yunanıstan və İtaliya kimi ölkələrdə aparılan tədqiqatlar yuxusuzluq problemi yaşayanların əhalinin sayına nisbətdə ciddi şəkildə artım göstərdiyini aşkara çıxarıb.
Elm adamlarının fikrincə, buna səbəb gündəlik həyat tərzindəki normaların pandemiyaya görə dəyişməsi olub. Zehnin fərqli məkanlarda çalışdıqdan sonra istirahətə olan ehtiyacının ev şəraitində fəaliyyət nəticəsində dəyişməsi və daha az hərəkət etmək də problemə təsir edən amillərdən biri olub.