Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 12:50
BƏƏ-nin baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qızı şahzadə Lətifəyə evdə qulluq edilir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, şeyxin qızı Lətifənin atasının onu evdə girov götürdüyü və həyatı üçün narahat olduğunu dediyini əks etdirən görüntülərdən sonra BƏƏ-nin Londondakı səfirliyi belə bir açıqlama yayıb.
"Şahzadə Lətifəyə evdə qulluq edilir. Müalicəsi davam edir. Ən uyğun zamanda ictimaiyyət önünə yenidən çıxacaq", - açıqlamada bildirilib.
Qeyd edək ki, şahzadə Lətifə dostlarına göndərdiyi və fevralın 16-da BBC-nin "Panaroma" proqramında yayımlanan videoda həyatından narahat olduğunu və atasının onu pəncərəsi və qapısı olmayan qapalı bir villada girov saxladığını demişdi.
Xatırladaq ki, şahzadə Lətifə 2018-ci ildə dəniz yolu ilə ölkədən qaçmağa çalışsa da, o, Hindistanın ərazi sularında BƏƏ qüvvələri tərəfindən saxlanılaraq vətəninə qaytarılıb.