Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni transfer derbini buraxacaq

Yeni transfer derbini buraxacaq

Tarix: 20 Fevral 2021 20:22

İtaliya A seriyasının XXIII turunda "İnter"lə qarşılaşacaq "Milan" itki ilə üzləşib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "rossonyerlər"in hücumçusu Mario Mandzukiç sıradan çıxıb.

Xorvatiyalı fovard əzələsində yaranmış problem ucbatından bugünkü məşqi buraxıb. "Milan"la ötən ay müqavilə bağlayan yeni transferin "İnter"lə derbidə iştirak etməyəcəyi açıqlanıb.

Qeyd edək ki, "Milan" - "İnter" oyunu fevralın 21-də keçiriləcək. Hazırda "İnter" 50 xalla 1-ci, "Milan" isə 49 xalla 2-ci pillədədir.


Etiketlər:  Yeni transfer derbini buraxacaq


RƏYLƏR