Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 20:52
Moskva məhkəməsi şənbə günü müxalifət lideri Aleksey Navalnının 2014-cü ildə mənimsəmə ittihamı ilə aldığı şərti cəzanı pozduğuna görə tətbiq olunan üç illik həbs cəzası ilə bağlı apellyasiya şikayətini rədd edib.
Kremlin ən tanınmış tənqidçisi olan Navalnı bildirir ki, ona qarşı başladılan məhkəmə işi siyasi motivlidir. O, Avropa İnsan Hüququları Məhkəməsinin ona qarşı qaldırılan iddianın əsassız olduğuna cə Rusiyadan onu azadlığıa buraxmasını tələb edən qərarına isitnad edərək hakimi onun sərbəst buraxılmasına dair qərar çıxarmağa çağırıb. Moskva AİHM-sinin tələbini qanunsuz adlandıraraq rədd edib.
Lakin apellyasiya məhkəməsinin hakimi Dmitri Balaşov Navalnının altı həftəlik ev dustaqlığını da həbs müddəti kimi hesablayıb. Navalnı həbsinin qalan hissəsini, yəni 2.5 il yarım müddətin cəzaçəkmə müəssisəsində keçiriləcək.
Navalnının şənbə günü həmçinin diffamasiya işi ilə bağlı da məhkəməyə çıxarılacağı gözlənilir. O, İkinci Dünya Müharibəsi veteranına böhtan atmaqda ittiham olunur. Günahkar bilinsə, o, cərimə və ya icma xidməti cəzası ilə üzləşə bilər.
Navalnı yanvarın 17-də zəhərlənmə səbəbilə müalicə aldığı Almaniyadan Moskvaya qayıtdığı zman həbs edilib. O və Qərb ölkələri zəhərlənməyə görə Prezident Vladimir Putin hökumətini günahlandırıb.
Rusiya rəsmiləri insidentlə hər hansı əlaqələrinin olduğunu inkar ediblər və ona qarşı sui-qəsd cəhdini araşdırmağı rədd ediblər və bunun üçün kifayət qədər sübutun olmadığını deyiblər.
Navalnının həbsindən sonra onun minlərlə tərəfdarı Rusiya boyu küçələrə axışaraq onun dərhal sərbəst buraxılmasını tələb ediblər. Ruisya polisi də minlərlə etirazçını həbs edib.
Birləşmiş Ştatlar və Avropadakı müttəfiqləri Navalnının həbsini və Rusiyanın nümayişçilərə qarşı aqressiv davranışını qınayıblar.