Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rövşən hamımıza virus saldı'' - Elnarə

''Rövşən hamımıza virus saldı'' - Elnarə

Tarix: 22 Fevral 2021 17:25

Yeniyetmə vaxtımda xəyal edirdim ki, iki qız, iki oğlan övladım olsun. Arada Rövşən deyir ki, evlənməmişdən əvvəl 6 uşaq istəməyim barədə danışmışam. Dörd övladımı dayəsiz böyütmüşəm. Anama, qayınanama təşəkkür edirəm. Rövşən də mənim sağ əlimdir. İndi məzuniyyətdədir. Dekabrın səkkizi evə gəldi, bizə virus saldı. Hamımız xəstələndik. Bütün dekabr boyu evdə xəstə yatdıq. Əvvəlcə xəstəlik səbəbindən, sonra isə məzuniyyətə görə evdədir.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Youtube"da yayımlanan "Zəmanə uşağı" layihəsində deyib. Sənətçi bəstəkar Məryəm Əlibəylinin suallarını cavablandıraraq, həyat yoldaşı Rövşən Cahangirovdan danışıb. O bildirib ki, Vətən müharibəsində iştirak edən həyat yoldaşının onlara virus saldığını deyib:

"Əvvəl gərgin, əsəbi idi. İndi hiss edirəm ki, uşaqları ilə maksimum dərəcədə vaxt keçirir. Onu kənardan izləyirəm, uşaqlarla vaxt keçirməklə stress atır. Axşam evə gəlirəm, elə bil "bomba" atıblar. Evin qulluqçusu özüməm, gəlib təmizləyirəm.

Əvvəl uşaqlarda səmimilik, doğmalıq var idi. Yaxşı oyunlar oynayardıq. İndi doğmalıq yox dərəcəsindədir. Uşaqlar elə bil cəmiyyətdən uzaqlaşıblar. Hər kəs öz işi ilə məşğul olur. Amma mənim övladlarım belə deyil. Böyük qız və oğlanda telefon var. Səbəbi də dərs oxumaq üçün lazım olur. Sözlərimə çox vaxt qulaq asmırlar.

Çox sadəlövhəm, insanları tanıya bilmirəm. Başqası üçün çox şey deyirəm, özümə gələndə ayırd edə bilmirəm. İnanclara inanıram. 3-4 aydan bir yuxu görürəm. Görəndə də konkret orada informasiya var. Bir növ öncədən məlumatım olur".


Etiketlər:  Rövşən hamımıza virus saldı Elnarə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ