Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni sürücülük vəsiqələrinin hansı özəllikləri var? - VİDEO

Yeni sürücülük vəsiqələrinin hansı özəllikləri var? - VİDEO

Tarix: 23 Fevral 2021 11:36

Artıq bir müddətdir ki, Azərbaycanda yeni növ sürücülük vəsiqələrinin verilməsinə başlanıb. Yeni vəsiqələrdə bəzi dəyişkliklər edilib. Belə ki, bu vəsiqələrin təmassız oxunması mümkün olacaq. Yeni vəsiqələrə kateqoriyalarla bağlı da əlavələr edilib. Yeni vəsiqələr sayəsində vətəndaşlarımızın xarici ölkələrdə üzləşdiyi daha bir problem də arada qalxacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ölkəmizdə yeni növ sürücülük vəsiqələri əvvəlkindən fərqlənir.

Yeni sürücülük vəsiqəsi dizaynına və rənginə görə də digərlərindən seçilir. Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Namidan Piriyev bildirir ki, yeni növ sürücülük vəsiqələri İSO/ İEC 7810 kimlik kartlarının fiziki xüsusiyyətlərinə dair beynəlxalq standartların tələblərinə cavab verir.

Daha bir yenilik isə kateqoriyalarla bağlıdır.

Namidan Piriyev vurğuladı ki, artıq yeni vəsiqənin sayəsində vətəndaşlarımızın ölkə xaricində yaşadığı əsas problemlərdən biri də aradan qalxacaq.

Namidan Piriyev qeyd etdi ki, yeni növ milli vəsiqələr beynəlxalq konvensiyaya üzv olan ölkələrin ərazisində tanınır. Digər ölkələrə səfər edən vətəndaşlar beynəlxalq sürücülük vəsiqələri də ala bilərlər. Şöbə rəisi vurğuladı ki, beynəlxalq vəsiqlər milli vəsiqələrlə birlikdə təqdim olunarsa, etibarlı sayılacaq.

Milli.Az


Etiketlər:  Yeni sürücülük vəsiqələrinin hansı özəllikləri var VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ