Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 15:10
2020-ci ilin IV rübündə Böyük Britaniyada işsizlik səviyyəsi 5,1% təşkil edib ki, bu da 2016-cı ilin I rübündən bəri ən yüksək göstəricidir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatında bildirilir ki, təkcə yanvar ayında işsiz əhalinin sayı 83 min nəfər artıb. İngiltərə Bankının (Bank of England) proqnozlarına görə, 2021-ci ilin ortalarına yaxın ölkədə işsizlik səviyyəsi 8%-dək artacaq.
Qeyd edək ki, ölkədə işsizlik səviyyəsi hökumətin İşlərin Saxlama Sxemi ("Job Retention Scheme") sayəsində stabil səviyyədə saxlanırdı və bu tədbirlər nəticəsində ötən ilin oktyabrın 1-nə 2,4 mln. iş yeri xilas olunmuşdu.
Sözügedən proqram Britaniya hökumətinin COVID-19 dövründə iqtisadi bərpaya yönələn ən bahalı tədbiridir. Aprelin 30-da başa çatacaq proqramın ölkəyə 70 mlrd. funt sterlinqə (98 mlrd. ABŞ dolları) başa gələcəyi gözlənilir.