Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ehtiyatsızlıqdan öz maşınının altında qalan Gədəbəy sakini komaya düşüb

Ehtiyatsızlıqdan öz maşınının altında qalan Gədəbəy sakini komaya düşüb

Tarix: 23 Fevral 2021 22:32

Gədəbəydə bədbəxt hadisə baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qara Murad kəndin qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdü Ələsgərov Lətif Qəşəm oğlu özünə məxsus "QAZ 24" markalı avtomobilin altında qalaraq xəsarət alıb.

Dərhal  xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. 60 yaşlı kənd sakini şəkər xəstəsi olduğundan komaya düşüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Ehtiyatsızlıqdan maşınının altında qalan Gədəbəy sakini komaya düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ