Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 19:56
Bakı. Cani Babayeva - Trend:
"EYOF Bakı-2019" yarışlarında idman gimnastikası üzrə çıxış edən Azərbaycan idmançısı Səməd Məmmədli finala çıxıb.
Trend-in məlumatına görə, gimnastımız sərbəst hərəkətlərdə (13,800 xal), idman atında hərəkətlərdə (13,200 xal) və çoxnövçülükdə (78,500 xal) fərqlənib.
Xatırladaq ki, XV Yay Avropa Gənclər Olimpiya Festivalı iyulun 21-dən 27-dək 12 idman obyektində keçiriləcək.
Festivalda Avropanın 48 ölkəsindən 3900 idmançı iştirak edir. İştirakçıların 52 faizi oğlanlar, 48 faizi qızlardır. Qaliblər 135 dəstdə 930 medal alacaq, onlardan 300-ü qızıl, 300-ü gümüş, 330-u bürüncdür. Azərbaycanı festivalda 122 idmançı təmsil edir. XV Yay Avropa Gənclər Olimpiya Festivalında idmançılar 10 formada - gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışırlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin