Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 14:46
İngiltərədə 50 sənətçi Baş nazir Boris Consona xəz satışının qadağan edilməsini tələb edən bir məktub ünvanlayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onlar Cudi Denç, Brayan Mey, Leona Layuis, Qari Lineker, Ceyms Artur, Tendi Nyuton, Aleşa Dikson, Riki Cerveys, Molli Kinq, Tviqqi və başqalarıdır.
Tanınmış simalar #FurFreeBritain kampaniyası çərçivəsində "Brexit"ə keçid tamamlandığı üçün 2021-ci ildə xəz qadağasının mümkün olacağına ümid etdiklərini bildiriblər.
"İngiltərənin xaricdə istehsal olunan xəz satışına icazə verdiyi müddətdə heyvanların çox əziyyət çəkdiyi, ətraf mühitə ziyan vuran və ölümcül virusların yayılması ilə insan sağlamlığı üçün risk yaradan sənaye prosesində iştirak etməyə davam edirik. Kürk alışını öz ölkəmizdə qadağan etdiyimizi söyləmək kifayət deyil, bunu xaricdə də dayandırmalıyıq",- deyə məktubda qeyd olunub.
Qeyd edək ki, İngiltərədə xəz istehsalı 2003-cü ildə qadağan edilib. Lakin o vaxtdan bəri İngiltərə Finlandiya, Çin, Fransa və Polşa kimi ölkələrdən 800 milyon funt sterlinqdən çox dəyərdə xəz idxal edir.