Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 16:34
Saxta ətirlər xərçəngə yol açır - Professordan xəbərdarlıq
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Türkiyəli professor Oğuz Özyaral bildirib ki, saxta ətirlər ciddi xəstəliklərə yol aça bilər.
Türkiyə mətbuatı xəbər verir ki, saxta ətirlər nəfəs yollarında ciddi problemlər yaradır. O.Özyaral hər kəsi parfum alarkən telefondakı proqramlar sayəsində barkodu yoxlamağı tövsiyə edib.
"Kosmetologiyada bəzi istehsal texnologiyaları istifadə olunmalıdır. Saxta ətirlər nəinki büdcənizə ziyandır, eyni zamanda zəhərlənmələrə səbəb olur, dərini qıcıqlandırır. Kosmetik məqsədlə hazırlanmayan spirt dəridə xərçəng yarada bilər", - həkim qeyd edib.