Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Raxit

Raxit

Tarix: 25 Fevral 2021 09:00

Raxit xəstəliyi orqanizmdə D vitamininin çatışmadığı üçün baş verir. Elə ona görə də bu xəstəliyin ikinci adı D vitamininin çatmazlığı adlanır. D vitamininin çatmazlığı adətən normal həyat şəraitinin orta səviyyədən aşağı olmsı ilə ( düzgün, normal qidalanmamaq, tərkibində D vitaminli olan qidalardan lazımi qədər qəbul etməmək) və ya qəbul edilmiş qidaların bağırsaqlardan normal sorulmaması səbəbindən baş verir. Orqanizmdə D vitaminin çatmazlığı insanin sağlam həyat tərzi keçirmək üçün lazım olan kalsium və fosforun da bağırsaqlaradan sorulma prosesini pozur. Halbuki, kalsium və fosfor insanın sümükləri üçün bir növ tikinti materialı sayılır. D vitamini çatmazlığı zamanı sümüklər kövrəkləşir, yumşalır, əyilir. Bundan başqa orqanizmdə ürək damar sistemi, əsəb sistemi, qan damar sistemi, tənəffüs orqanları, əzələlər də zədələnirlər. İnsan dərisi  D vitamınini Günəş şüalarından da qəbul edə bilir. Bu ultrabənövşəyi şüaları uşaq körpə vaxtında dəri vasitəsilə qəbul etsə özünə lazımi qədər D vitamini almış olur. D vitamininin çatışmazlığı bağırsaqların bəzi xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Bunlara enterokoliti, bəzi bağırsaq infeksiyalarını misal göstərmək olar. Mədəaltı vəzin və qaraciyərin xəstəlikləri də D vitamininin orqanizmdən pis sorulmasına səbəb olur.
XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ:
Xəstəliyin əlamətləri körpənin 2-3 aylığından özünü göstərməyə başlayır. Bu əlamətləri ana özü hiss edə bilir. Belə ki, uşaq həddindən çox tərləməyə başlayır. Tərləmə o qədar çox olur ki, ana hər dəfə uşağın yastığına baxanda yastıqda tər izləri görür. Uşaq başının arxa hissəsini yastığa tez-tez sürtdüyünə görə həmin hissənən tükləri tökülür. Müalicə vaxtında olunmazsa uşağı ümumi vəziyyətində ağırlaşmlar baş verir. Uşaq pis yemək yeyir, dərialtı piy toxumasının fəaliyyəti tamamilə azalır, dərisi solğunlaşır. Xəstə uşağın dərisində vena damarları qabarıq nəzərə çarpır, uşaq meteorizmdən əziyyət çəkir, əsəbi olur, hər şeydən səksənir. Körpənin xarici əlamətlərində də gözlə görünə bilinəcək dəyişikliklər baş verir. Onun başının ölçüsü böyüyür, alın sümükləri qabağa çıxır, gözləri iriləşir, bərəlmiş bir vəziyyət alır. Uşaq gəzməyə başladıqda ayağını yerəbasma tərzinə uyğun olaraq ayaq sümükləri əyilir. Ayaqlar ya O, ya da X şəklini alır. Raxitin ayaqda əmələ gətirdiyi qüsurlardan biri də yasdıdabanlılıqdır. Belə uşaqlar çox çətinliklə yeriyirlər, onlar tez-tez yıxılırlar. Onların onurğa sütunu zərər görür, dişəri isə gec çıxır, qarınları böyük olur, bağırsaqları yaxşı işləmir. Belə uşaqlar ağciyər xəstəliklərinə və vərəmə daha tez yoluxurlar.
MÜALİCƏSİ:

Xəstəlik nə qədər erkən aşkar edilərsə, müalicəsi bir o qədər tez təsir edər. Xəstəliyin müalicəsi onun etiologiyasından və dərəcəsindən asılıdır. Xəstəyə bol vitaminlərlə zəngin qida və Günəş şüaları altında gəzinti məsləhət görülür. Qidalar orqanizmə yaxşı həzm olsun deyə bağırsağın fəaliyyətini yaxşılaşdıran müalicə təyin olunur.
PROFİLAKTİKASI:

Ana hamiləliyin son aylarında və uşaqəmizdirmə dövründə profilaktika məqsədilə D vitamini qəbul etməlidir. Süni qida ilə qidalanan uşağa həyatının ilk aylarında həkimin məsləhəti ilə vitamin D verilməlidir. Pediatrın məsləhəti ilə körpəyə vaxtında verilən D2 vitamini və balıq yağının bu xəstəliyin əmələ gəlməməsində oynadığı rol əvəzolunmazdır.

Milli.Az


Etiketlər:  Raxit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ