Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 13:24
Xocalı qurbanlarını yad etmək üçün diasporamız konfranslar təşkil edəcək.
Pandemiyaya görə tətbiq olunan müəyyən məhdudiyyətlər səbəbi ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar geniş tərkibli tədbirlər keçirmək olmasa da Azərbaycan diasporu dünyanın 41 ölkəsində onlayn və karantin qaydalarına uyğun formada faciə qurbanlarının xatirəsini yad etmək üçün konfranslar təşkil edəcək.
Sonxeber.net bildirir ki, bunu REAL-ın Türkiyə bürosuna diasporla iş üzrə dövlət komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib.