Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İnsanlıq bu gecə öldü” - Hulusi Kılıç

“İnsanlıq bu gecə öldü” -  Hulusi Kılıç

Tarix: 26 Fevral 2021 10:44

29 il əvvəl, bu gecə Xocalı qətliamı baş verdi. İnsanlıq bu gecə öldü.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç "Facebook" hesabında yazıb.

"Uşaqlar, qadınlar və qocalar daxil olmaqla 613 Azərbaycan türkü şəhid oldu. Türk olduqları üçün şəhid oldular. Allah rəhmət eləsin. Onların ağrısını ürəyimizdə hiss edirik.

Əziz ruhları şad olsun. Torpaqlarınızı düşmən işğalından azad etdik. Bu il Xocalı qətliamını fərqli duyğularla xatırlayırıq.

Xocalı qətliamını unutmadıq, unutmayacağıq, unutdurmayacağıq".

Milli.Az


Etiketlər:  İnsanlıq gecə öldü Hulusi Kılıç


RƏYLƏR