Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"EYOF Baku-2019" yarış məkanlarında 7 nəfərə təcili tibbi yardım göstərilib

Tarix: 24 Iyul 2019 09:04

Bakı. Trend:

"Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yardım ediblər.

15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb.


Etiketlər:  EYOF Baku 2019 yarış məkanlarında 7 nəfərə təcili tibbi yardım göstərilib


RƏYLƏR