Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarici jurnalistlər Ağdamda - VİDEO

Xarici jurnalistlər Ağdamda - VİDEO

Tarix: 26 Fevral 2021 11:34

Səfərdə xarici KİV-lər Xocalı faciəsi haqqında məlumatlandırılıb

Milli.Az Real TV-yə istinadən bildirir ki, böyük sayda xarici KİV nümayəndələri Xocalı soyqırımının ildönümü ərəfəsində Ağdama səfər edib. Xocalı soyqırımının, o cümlədən Azərbaycanın digər işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin, həmçinin dağıdılmış tarixi, dini və mədəni abidələrin dünyaya tanıdılması məqsədilə təşkil edilən səfər çərçivəsində Bosniyada törədilmiş Srebrenitsa qətliamından zərər çəkən şəxslər də iştirak edib.

Srebrenitsa Analar Birliyinin Sədr müavini Kada Hotiç bildirib ki:

"Faciə zamanı mənim ən yaxınlarım, yoldaşım, oğlum rəhmətə gedib. Ona görə də hər bir ananın, bacının ağrısını mən çox yaxşı başa düşürəm. çünki eyni taleyi yaşamışıq və mən demək istəyirəm ki, biz sizin yanınızdayıq və istəyərdim ki, bu soyqırımı hər kəs tanısın. Hamı xəbərdar olsun ki, burda nələr baş verib."

İşğaldan azad olan Ağdam şəhərinə səfər edən media nümayəndələri ilk olaraq Ağdam Cümə məscidinə gəliblər. Ağdamın Cümə məscidində təşkil edilən tədbirdə tanınmış Azərbaycanlı fotoqraf Reza Deqati xarici jurnalistlər qarşısında çıxış edərək 1992-ci ildə Xocalı qətliamı zamanı soyqırım baş verən hadisələrdən danışdı, o həmçinin həmin dövrdə özü lentə aldığı fotoları qonaqlara təqdim edərək ətraflı məlumat verİb.

Daha sonra xarici jurnalistlər öz təəssüratlarını bölüşüblər.

Milli.Az


Etiketlər:  Xarici jurnalistlər Ağdamda VİDEO


RƏYLƏR