Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balaca Zəhranın qisasını alan şəhidimiz - Ailə qurduğu gün şəhid olan Vasif Quliyevin qəhrəmanlıq yolu - VİDEO

Balaca Zəhranın qisasını alan şəhidimiz - Ailə qurduğu gün şəhid olan Vasif Quliyevin qəhrəmanlıq yolu - VİDEO

Tarix: 26 Fevral 2021 13:00

Balaca Zəhranın qisasını alan şəhidimiz - Ailə qurduğu gün şəhid olan Vasif Quliyevin qəhrəmanlıq yolu

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 44 günlük vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızı tanıtdırmağa davam edirik. Sıradakı qəhrəmanımız Beyləqan sakini snayper Vasif Quliyevdir. O Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Ötən il sentyabrın 28-də qəhrəmancasına şəhid olub. Onun şəhadətə ucaldığı gün həm də ailə qurmasının 9-cu ildönümü imiş. Vasif Quliyev ''Vətən uğrunda'' və ''Füzulinin azad edilməsinə görə''  medallları ilə təltif edilib.

Ermənilərin atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutduğu dövrdə döyüş yoldaşlarından birinin ölməsi, düşmənin dinc əhalini hədəfə alması, 2017-ci ildə düşmənin füzuli rayonunun alxanlı kəndini minatan və qumbaraatanlarla atəşə tutması nəticəsində azyaşlı Zəhranın həlak olması ona çox pis təsir göstərmişdi.

Beyləqan sakini snayperçi Vasif Quliyev daim qisas hissi ilə yaşayırdı. O, 2016-cı ilin aprel döyüşlərində iştirak edərkən böyük qəhrəmanlıq göstərib. Lələtəpənin azad edilməsi zamanı yaralanaraq xəsarət alıb. Buna baxmayaraq ordudan tərxis olunmasına razılıq verməyib. O, düşmənin təxribatlarının qarşısını alarkən yaraladığı və öldürdüyü ermənilərin sayı qədər güllələri Zəhranın qəbrinin üstünə qoyurmuş.

Vasif Quliyev ikinci Vətən müharibəsi başlayanda döyüşlərə baş snayperci  kimi qatılıb. Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Ötən il Sentyabrın 28-də Füzuli rayonunun Seyid Əhmədli kəndinin işğaldan azad edilməsi zamanı şəhid olub. Onun şəhid olduğu gün toyunun ildönümü imiş.

14 ilə yaxın Azərbaycan ordusunda xidmət etmiş şəhid snayperçimiz  ''Vətən uğrunda'' və ''Füzulinin Azad edilməsinə görə''  medallları ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Balaca Zəhranın qisasını alan şəhidimiz Ailə qurduğu gün şəhid olan Vasif Quliyevin qəhrəmanlıq yolu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ