Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 20:12
Bu gün Gürcüstanda koronavirus infeksiyasının qeydə alınmasının bir ili tamam olur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstanda koronavirus ilk dəfə 2020-ci il fevralın 26-da qeydə alınıb.
Bu günədək ölkədə 269 min 800 nəfər COVID-19-a yoluxub. Onların 163 min 727-si müalicə olunaraq sağalıb. Ötən bir il ərzində 3 min 475 nəfər pandemiyanın qurbanı olub.
Bu günədək ölkədə koronavirusun yeni Britaniya növünə 4 yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çindən yayılmağa başlayıb.
Dünya Səhiyyə Təşkilatı 2020-ci il martın 11-də COVID-19 ilə bağlı epidemioloji vəziyyəti pandemiya elan edib.