Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maskadan istifadə edilməsi qripə yoluxma hallarının azalmasına səbəb olub

Maskadan istifadə edilməsi qripə yoluxma hallarının azalmasına səbəb olub

Tarix: 26 Fevral 2021 21:42

Pandemiya şəraitində yaşadığımız dövrdə maska həyatımızın əsas aksesuarına çevrilib. Mütəxəssislərin dediyinə görə, gündəlik həyatda istifadə edilən tibbi maskalar nəinki yeni növ koronavirus (COVID-19) infeksiyasından, hətta yayılma təhlükəsi olan digər mövsümi xəstəliklərdən də qoruyur.

Hər il payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma halı artır. Həkimlər bildirirlər ki, son dövrdə mövsümi xəstəliklərin sayı azalıb. Maskadan istifadə, eləcə də digər karantin qaydalarına əməl olunması xüsusilə qripə yoluxmanın qarşısını alır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bununla əlaqədar olaraq deyib: "Hər il yanvar-fevral aylarında qripin tüğyan etdiyi dövrü yaşayırdıq. İndi demək olar ki, belə hallar müşahidə edilmir. Hələ oktyabr-noyabr aylarında əhalinin təxminən 400 min nəfəri Səhiyyə Nazirliyinin göstərişi ilə dövlət hesabına qrip əleyhinə vaksinasiya edilib. Təbii ki, bu, xəstəliyin profilaktikasına öz təsirini göstərib".

Lakin bu müsbət tendensiya arxayınçılıq hiss yaratmamalıdır, əks halda infeksiyaya yoluxma halı arta bilər. Ona görə də maskadan düzgün istifadə, gigiyenik qaydalara riayət və sosial məsafənin qorunması əsas şərtlərdən biri olaraq qalmalıdır.

Milli.Az


Etiketlər:  Maskadan istifadə edilməsi qripə yoluxma hallarının azalmasına səbəb olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ