Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2019 10:04
Bakı. Elçin Mehdiyev - Trend:
Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.
Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin