Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenilənir (FOTO)

Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenilənir (FOTO)

Tarix: 24 Iyul 2019 10:21

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Respublikanın mühüm sənaye şəhərlərindən olan Şirvanda istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır.

ASC-dən Trend-ə verilən məlumata görə, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması mərhələli şəkildə həyata keçirilir. Şəhərdə müasir tələblərə uyğun kanalizasiya xidmətlərinin təşkili məqsədilə 2035-ci ilə perspektiv inkişaf və əhali artımı nəzərə alınmaqla kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə əsasən, 200-1000 mm diametrli borularla 230 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Ötən il layihə çərçivəsində Şirvan şəhərinin Heydər Əliyev prospekti və Xaqani küçəsində 3,1 km uzunluğunda əsas daşıyıcı kanalizasiya kollektorlarının tikintisi aparılıb.

2019-cu ildə dövlət investisiya layihəsi çərçivəsində isə şəhərdə 9 km kanalizasiya xəttinin inşası nəzərdə tutulub. Şirvan şəhərində 1950-ci illərdə tiklmiş kanalizasiya xətlərinin istismar müddətini başa vurması nəzərə alınaraq 600-400 mm diametrli borularla yeni kanalizasiya kollektorunun layihəsi işlənib. Artıq 9 km uzunluğunda olan kanalizasiya xətlərinin 50 faizinin tikintisi başa çatdırılıb. Yeni kollektorlar istismara verildikdən sonra mövcud şəbəkələr bu xətlərə birləşdiriləcəck və tullantı suların toplanıb kənarlaşdırılmasında yaranan çətinliklər aradan qaldırılacaq.

Şirvan şəhərindəki çoxmərtəbəli yaşayış binalarının zirzəmilərində antisanitar vəziyyətin aradan qaldırılması, zirzəmilərdə toplanmış tullantı sularının kənarlaşdırılması üçün də lazımi işlər görülür. Ötən il 14 binanın zirzəmisi təmizlənib və həmin binaların şəbəkə kanalizasiya xətləri yenilənib. Yeni kanalizasiya xətlərinin çəkildiyi bina və fərdi yaşayış evlərinin yerləşdiyi küçələrdə köhnə kanalizasiya sistemi ləğv edilir, yeni xətlər şəbəkəyə birləşdirilir. Bütün bu işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən dövrdə Şirvan şəhərinin içməli su infrastrukturunun yenilənməsi sahəsində də layihələr icra edilib. Kür sutəmziləyici qurğular kompleksində təmizlənən suyun bir hissəsinin Şirvan-Muğan qrup su kəməri vasitəsilə Şirvan, Salyan və Biləsuvar şəhərlərinə verilməsi təmin edilib. Eyni zamanda, şəhərdaxili magistral xətlərin və paylayıcı şəbəkələrin yenidən qurulması işləri həyata keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şirvan şəhərinin təchizatı kanalizasiya sistemləri yenilənir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ