Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 15:10
Ermənistanda ordu çevrilişlə məşğul olmur. Düşünürəm ki, Baş Qərargah rəisi bütün komandirlər adından öz fikrini ifadə edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Norat Ter-Qriqoryants deyib.
"Paşinyan zabitləri vəzifəsindən azad etməyə davam edir. Bu isə ordu üçün təhqirdir. O, həmçinin ordunun avtoritetini ayaqlar altına atıb. Onun gələcək fəaliyyəti dövlətin itirilməsi ilə nəticələnə bilər", - deyə o bildirib.