Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2021 18:42
İngiltərə beşinci liqa təmsilçisi "Notts Kaunti"nin futbolçusu Elişa Sem fanatları heyrətləndirən qol vurub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu hadisə dünən "Oksford Siti"yə qarşı keçirilən yarımpeşəkar klublar arasında İngiltərə Futbol Assosiasiyasının mükafatı uğrunda oyunda (3:1) baş verib.
İsrailli hücumçunun dabanı ilə vurduğu zərbədən top onun özünün çiyinləri üstündən keçərək qapıya daxil olub. Görüşdə dubl edən Semin bu qolu artıq 2021-ci il üçün FİFA-nın Ferens Puşkaş mükafatına (İlin qolu) ən yaxşı namizədlərdən hesab olunur.