Tarix: 26 Aprel 2019 14:56
“Bavariya” rəhbərliyi icarə əsasında komandada çıxış edən Xames Rodriqesi birdəfəlik almaq fikrindən daşınıb.
Qol.az Almaniyanın “Kicker” nəşrinə istinadən xəbər verir ki, Münhen klubu baş məşqçi Niko Kovaçla mübahisə etdiyi üçün Xamesi müavilə ilə məxsus olduğu “Real”a qaytarmaq qərarına gəlib. Kolumbiyalı yarımmüdafiəçinin yayda İspaniyaya yollanacağı bildirilir.
Qeyd edək ki, Xames 2017-ci ilin yayından “Bavariya”da oynayır. Onun Münhen təmsilçisindəki icarə müddəti mövsümün sonunda bitir.