Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2021 14:14
Ermənistan Təhlükəsizlik Şurası (TŞ) Ermənistan Prezidenti Armen Sarkisyana müraciət edib.
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bununla bağlı Ermənistan Təhlükəsizlik Şurası bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Təhlükəsizlik Şurası müdafiə siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən orqan olaraq Silahlı Qüvvələrin siyasi prosesə cəlb edilməsi cəhdlərini qətiyyətlə pisləyir: "Konstitusiya Silahlı Qüvvələrin siyasi proseslərə qarışmanın yolverilməzliyini, mülki nəzarət altında olma faktını açıq şəkildə müəyyənləşdirir. Qanuna əsasən, Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin təyin və ya vəzifədən azad edilməsi təklifi Baş nazirin qərarına əsaslanır".
Bəyanatda qeyd olunub ki, Ermənistan respublikasının prezidenti konstitusiyaya riayət olunmasına nəzarət edir və belə olan halda birmənalı olaraq müvafiq bir mövqe qoymalıdır: "Yuxarıda göstərilənlərə əsaslanaraq Təhlükəsizlik Şurası prezidenti Baş qərargah rəisini istefaya göndərmək və müvafiq Fərmanı imzalamaq barədə Ermənistan Respublikası Baş nazirinin vəsatətini təmin etməyə çağırır".