Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağa qayıdışla bağlı onlayn sorğu keçirilir - VİDEO

Qarabağa qayıdışla bağlı onlayn sorğu keçirilir - VİDEO

Tarix: 1 Mart 2021 14:40

Məcburi köçkünlər arasında Qarabağa qayıdışla bağlı onlayn-sorğu keçirilir. Sorğunun keçirilməsində məqsəd Qarabağa qayıdışın effektiv təşkilidir. Sorğuda qayıdışla bağlı məcburi köçkünlərin istək , niyət və təklifləri öyrənilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, işğaldan azad edilmiş torpaqlarımızın bərpası və hərtərəfli inkişafı dövlətimizin əsas vəzifələrindəndir. Bərpa və yenidənqurma prosesinin əsas tərkib hissələrindən biri məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunması üçün dəqiq planlaşdırma işləri həyata keçirilir. Sözügedən məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəz tərəfindən araşdırmalar aparılır.

Qarabağa qayıdışla bağlı məcburi köçkünlərin istək, təklif və niyyətlərini öyrənmək üçün sorğular keçirilir.

Sorğu dövlət sifarişi əsasında Ada Universitetində yaradılmış  Elmi Təqdiqat və Tədris Üzrə mütəxəssislərdən ibarət müstəqil tədqiqatlarçılar qrupu tərəfindən həyata keçirilir .

Sorğuda iştirak etmək üçün məcburi köçkünlərin sorgu.ada.edu.az ünvanına daxil olmaları kifayətdir.

Milli.Az


Etiketlər:  Qarabağa qayıdışla bağlı onlayn sorğu keçirilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ