Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya və Çin arasında yenidən gərginlik yarandı

Yaponiya və Çin arasında yenidən gərginlik yarandı

Tarix: 2 Mart 2021 12:52

Yaponiya və Çin arasında növbəti gərginlik yaşanıb.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Şərqi Çin dənizində yerləşən mübahisəli Senkaku adalarının Çin əraziləri kimi göstərilməsi Yaponiyada narazılığa səbəb olub.

Yaponiyanın müdafiə naziri Kişi Nobuo Çinin təxribatçı addımının qəbuledilməz olduğunu söyləyib. Adaları Yaponiya ərazisi sayan nazir bu cür addımlarla gərginliyin artdığını xatırladıb.

Həmçinin Çinin yeni sahil-mühafizə qanununda hərbçilərinə istədikləri zaman silahdan istifadə icazəsi verilməsi qınanılıb və qonşu ölkələrin su nəqliyyatı vasitələrinin təhlükəsizliyinə təhdid hesab edilib.


Etiketlər:  Yaponiya Çin arasında yenidən gərginlik yarandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ