Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 13:54
Ukrayna Azərbaycanlıları Radasının (UAR) bir qrup üzvü ölkəmizin Kiyevdəki səfirliyinin önündə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı təşkil olunmuş anım guşəsini ziyarət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, UAR-ın həmsədri Hikmət Cavadov və baş katibi Cəlal Hüseynovun rəhbərliyi ilə təşkilatın üzvləri Azərbaycan səfirliyinin önünə gələrək burada yaradılmış guşəyə gül dəstələri düzüblər və Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir iştirakçıları xalqımızın bu faciəni heç vaxt unutmayacağını bildiriblər. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün israrlı və yorulmaz şəkildə fəaliyyət göstərilməsinin, beynəlxalq birliyin günahkarların cəzalandırılması istiqamətində qətiyyətli addımlar atmasının vacib olduğu vurğulanıb.