Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 14:14
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 461 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 271 379, ölənlərin sayı isə 3 532 nəfərə çatıb.
Virusa yoluxanlardan 265 686 nəfərin sağaldığı bildirilir.