Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Prokurorluq üçün günün rəqəmi 795 oldu

Baş Prokurorluq üçün günün rəqəmi 795 oldu

Tarix: 2 Mart 2021 15:32

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, bu günün rəqəmi isə 795-dir.

Belə ki, 2020-ci il ərzində prokurorluq orqanları tərəfindən 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.


Etiketlər:  Baş Prokurorluq üçün günün rəqəmi oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ