Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 16:16
2021-ci ilin fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1 936 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
İdarədən Sonxeber.net-a verilən məlumata görə, statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 803 zəng qəbul edilib.
Ötən ay BŞTİ-yə 867 sənəd (vətəndaşlar tərəfindən 212 ərizə, Təhsil Nazirliyindən 137, digər qurumlardan 159, məktəblərdən 256 məktub, 48 strukturdaxili yazışma və 55 kadr ərizəsi) daxil olub. Həmçinin 266 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.