Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2021 16:57
Hazırda yenidən müharibə ehtimalı yoxdur.
Bunu Sonxeber.net-a açıqlamasında hərbi bloqer Tofiq Şahmuradov deyib.
O bildirib ki, düşmən istənilən an təxribat törədə bilər, indi iki qat hazırlaşmalıyıq:
"Prezident mətbuat konfransında da dedi ki, bu söhbət bitib. Müharibə olmayacaq deyə ordu əlini-qolunu sallayıb yatıb, durası deyil ki. Ordu qrafikə uyğun olaraq gündəlik məşğələlərini keçir, plana uyğun olaraq bölmələr təlimlərə çəlb olunurlar. Müharibədə çatışmazlıqlar olub, ordu komandanlığı da həmən çatışmazlıqların aradan qaldırılması üzərində çalışırlar. Biz indi ikiqat hazırlaşmalıyıq. Çünki düşmənimiz dünyanın ən şərəfsiz, ən hiyləgər varlığıdır.
Tarixdən nəticə çıxartmalıyıq. Kim qarantiya verir ki, sabah Ermənistanda hakimiyyətə revanşist qüvvələr gəlsə nə olacaq? Paşinyanı devirmək üçün həmlələr edən qüvvələrə dəstək verən qlobal qüvvələr o rejimi xalqın gözündə qaldırmaq üçün bəlkə cəbhədə hansısa təxribatlar edəcəklər?! Ona görə də biz hazırlaşmalıyıq, istənilən təxribata layiqli cavab vermək üçün tətikdə olmalıyıq. Silahlı Qüvvələrin döyüş hazırlığına gətirilməsi xəbərini bəzi yoldaşlar o saat yozdular ki, müharibə başlayır.
Ölkəsində çevriliş edən ordu hakimiyyəti devirmək üçün, ilk növbədə, dövlətdə xaos ortamı yaratmalıdır ki, bunu rahat şəkildə həyata keçirtsin. Həmən üsyankar generallar sabah bəlkə cəbhədə nəsə təxribat etdilər və ya bir raket atdılar. Ona görə biz istənilən təxribata hazır olmalıyıq".
Təhməz Əsədov