Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət agentliyindən açıqlama - VİDEO

Dövlət agentliyindən açıqlama - VİDEO

Tarix: 3 Mart 2021 12:44

"COVAX"ın üzv ölkələrlə əməkdaşlığının ədalətli davam edəcəyinə inanırıq

"COVAX" platformasının bütün ölkələr üçün effektli peyvənd axtarışını sürətləndirən, dünyada "COVID-19"-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış mexanizm olduğununu nəzərə alaraq, Azərbaycan ötən il "COVAX" platformasına ilk qoşulan 50 ölkədən biri olub.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib. Onun sözlərinə görə, lakin "COVAX" təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hazırkı dövrədək əməl olunmayıb.

"Bu günlərdə COVAX tərəfindən daxil olmuş məktubda Azərbaycanı yaxın zamanda müvafiq vaksinlə təmin edə bilməyəcəkləri bir daha qeyd olunub".

Azərbaycan Respublikasının vaksin istehsal edən müxtəlif şirkətlərlə uğurlu əməkdaşlığı nəticəsində ölkəmizə Çin dövlətinin istehsalı olan "Coronavac" vaksinlərinin gətirilməsi təmin edilmişdir.

COVAX-ın bütün üzv ölkələrlə əməkdaşlığının ədalətli şəkildə davam edəcəyinə, növbəti mərhələdə təxirə salınmadan başqa üzv ölkələrlə bərabər Azərbaycanın da peyvəndlə təmin olunacağına inanırıq". Deyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova bildirib.


Etiketlər:  Dövlət agentliyindən açıqlama VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ