Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistanda 4,1 milyon nəfər pulsuz peyvənd olunacaq

Özbəkistanda 4,1 milyon nəfər pulsuz peyvənd olunacaq

Tarix: 3 Mart 2021 22:32

Özbəkistanda bu ilin sonunadək 4,1 milyon nəfər pulsuz peyvənd olunacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Özbəkistan Sanitar-Epidemioloji Stansiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 65 yaşından yuxarı şəxslər, hüquq-mühafizə orqanlarının nümayəndələri və hərbçilər, tibb müəssisələrinin əməkdaşları, xroniki xəstəliyi olan insanlar, məktəb müəllimləri, məktəbəqədər tərbiyə müəssisələrinin işçiləri bu xidmətdən pulsuz istifadə edəcək. Əhalinin digər təbəqələrinin peyvəndlənməsinin pullu olması haqqında hələ ki, konkret qərar yoxdur.

Vurğulanır ki, ölkədə kütləvi peyvəndləmə üçün Özbəkistanın da həmmüəllifi olduğu Çinin "ZF-UZ-VAC 2001"və Rusiyanın "Sputnik V", həmçinin "Pfizer" və "BioNTech" vaksinlərindən istifadə ediləcək.

Məlumatda qeyd edilir ki, "ZF-UZ-VAC 2001" vaksininin Özbəkistanda istehsalı da nəzərdə tutulur.


Etiketlər:  Özbəkistanda milyon nəfər pulsuz peyvənd olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ