Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərinin gözünü qazimizə bağışladı - Yəhudi xanımdan inanılmaz addım - FOTO

Ərinin gözünü qazimizə bağışladı - Yəhudi xanımdan inanılmaz addım - FOTO

Tarix: 5 Mart 2021 09:36

İsraildən olan yaşlı qadın vəfat edən ərinin gözünü əlil Azərbaycan əsgərinə bağışlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Xabad-Or-Avner təhsil mərkəzinin direktoru Zamir İsayev məlumat verib.

O deyib:

"Doktor İşay maraqlı bir əhvalat danışdı: Demək, israilli bir qadın rəhmətə getmiş həyat yoldaşının göz buynuzcuqlarını xüsusi olaraq Azərbaycan əsgərinə ianə edib. İndi əsgərimiz məhz bunun sayəsində işıq üzü görüb. Qeyd edim ki, İsrailin səhiyyə naziri, orqanı (göz) İsrail hüdudlarından çıxarmaq üçün xüsusi icazə verib".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ərinin gözünü qazimizə bağışladı Yəhudi xanımdan inanılmaz addım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ